İyun 4, 2023

1746 insan və 3500 heyvanın ölümünə səbəb olan hadisə: Nyos gölü faciəsi

21 avqust 1986-cı ildə Kamerundaki Nyos gölü görünməmiş bir fəlakətə səbəb olub.

“Turaz.org” xarici mediaya istinadən xəbər verir ki, Nyos krater gölüdür və vulkanik ərazidə yerləşir. Bu səbəbdən gölün altında qaynayan vulkan var. Ətrafında isə çoxlu kəndlər yerləşir. İllərdir gölün altında qaynayan maqmalardan sızan karbon qazı gölün suları altında udulub.Hadisə zamanı normal şəraitdə gölün yuxarı hissələrinə çata bilməyən bu qazlı suyu sürüşmə və ya yağış hərəkətə gətirib. Sonra isə karbon qazı gölün sularından havaya keçməyə başlayıb. Karbon qazı oksigendən ağır olduğu üçün alt qatları götürərək gölün ətrafında 25 kilometrə çatıb. Beləcə bütün ərazini əhatə edib. Nəticədə birdən-birə nəfəs ala bilməyən insanlar və digər canlılar ölüb. Bu fəlakət zamanı 1700-dən çox insanın və 4000-dən çox heyvanın tələf olduğu deyilir. Sağ qalanların çoxu isə ciddi sağlamlıq problemlərindən (məsələn, insult və tənəffüs xəstəlikləri) əziyyət çəkib. Məlumdur ki, havada olan karbon qazının 15%-dən çoxu bizim üçün təhlükəlidir. Sözügedən hadisə zamanı isə havadakı karbon qazının miqdarı 100% olub.

Translate »