Oktyabr 28, 2021

“2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi müzakirə edilib

 

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Turaz.org xəbər verir ki,Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub.

Toplantıda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının oktyabrın 8-də davam etdirilməsi planlaşdırılıb.

Müxbir: Əzizə Əlizadə

Translate »