Yanvar 26, 2022

2021-ci il dekabrın 1-dən Qırğızıstan Milli Bankı iki kolleksiya sikkəsini dövriyyəyə buraxıb

Qırğızıstan Milli Bankı “həkimlərə təşəkkür və MDB-nin 30 illiyi şərəfinə” adı ilə iki kolleksiya sikkəsi buraxıb.

Turaz.org xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 30-cu ildönümünün qeyd edilməsinə həsr olunmuş “Tarixi hadisələr” seriyasından “Müstəqil Dövlətlər Birliyinin 30 illiyi” və COVID-19 pandemiyasına qalib gəlmək üçün çalışan tibb işçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, könüllülərə və başqalarına təşəkkür əlaməti olaraq “Həyat üçün təşəkkür edirəm” adlı sikkələr buraxılıb.

“Müstəqil Dövlətlər Birliyinin 30 illiyi” gümüş kolleksiya sikkəsinin üz hissəsinin əsas süjetini MDB gerbinin təsviri təşkil edir. Sikkənin aşağı hissəsində sikkənin nominal dəyəri “10 Sum” göstərilir. Sikkənin ətrafında pulun adına uyğun olaraq Müstəqil Dövlətlər Birliyinin 30 illiyi yazısı yerləşdirilib.

Sikkənin arxa tərəfində əməkdaşlıq, qarşılıqlı əlaqə və inkişaf yollarını simvolizə edən bir-birinə qarışmış xətlər təsvir edilib. Sikkənin mərkəzində Qırğızıstan Respublikasının gerbi təsvir edilib. Sikkənin alt hissəsində metal ərintisi (Ag 925), sikkənin çəkisi (28,28 q) və buraxılış ili (2021) var. Sikkənin ətrafında Qırğızıstan Respublikasının Milli Bankı yazısı yerləşdirilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/aib-qirgizistanda-akkumulyatorlu-elektrik-avtobusu-layihesini-tesdiqleyib
Həmçinin bax: kafkazh.com/tebietin-novleri

Translate »