Yanvar 26, 2022

2021-ci ilin 11 ayı ərzində Türkmənistan-Özbəkistan ticarət dövriyyəsi artıb

Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında Türkmənistan və Özbəkistan arasında ticarət dövriyyəsi 626,1 milyon dollar təşkil edib.

Turaz.org xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 34,5 faiz artıb.

Türkmənistanın Özbəkistana ixracı 450,6 milyon dollar, bu ölkədən Türkmənistana idxalı isə 151,5 milyon dollar təşkil edib. Türkmənistan bu ilin 11 ayı ərzində Özbəkistanın ilk on ticarət tərəfdaşı sırasında yer alıb.

Bu dövrdə Özbəkistanın xarici ticarət dövriyyəsi 4,95 milyard dollar artaraq 37,94 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Ötən il Özbəkistanın qonşu ölkələrlə ticarət dövriyyəsi 465,5 milyon dolları ötüb.

Bu dövrdə Çin 6 milyard dollardan çox vəsaitlə Özbəkistanın ən böyük xarici ticarət tərəfdaşı oldu. Özbəkistanın ixracı 2 milyard dolları, idxalı isə 4 milyard dolları keçib.

Bu ilin ilk 11 ayında Özbəkistanın digər əsas ticarət tərəfdaşları Rusiya (təxminən 6,6 milyard dollar), Qazaxıstan (3,53 milyard dollardan çox), Türkiyə (3 milyard dollardan çox), Koreya (1,67 milyard dollardan çox), Qırğızıstan (852,5 milyon dollar), Almaniya (675,4 milyon dollar), Ukrayna (622,5 milyon dollar) və Əfqanıstan (576,7 milyon dollar) olub.

Müxbir: Əzizə Əlizadə
Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qirgizistan-parlamentinin-yeni-vii-cagiris-deputatlari-and-icibler/

Translate »