İyul 4, 2022

“2022-2026-cı illər üçün Yeni Özbəkistanın İnkişaf Strategiyası haqqında” sərəncam imzalanıb

Prezidentin sərəncamında həkim və müəllimlərin maaşlarının nə vaxt artırılacağı dəqiqləşdirilib.

Turaz.org xəbər verir ki, sənədə əsasən, Xalq Təhsili Nazirliyi və Səhiyyə Nazirliyinə aidiyyəti qurumlarla birlikdə 2022-ci il iyulun 1-dək Nazirlər Kabinetinə aşağıdakıları nəzərdə tutan qərar layihəsi təqdim etmək tapşırılıb.

2022-ci ildə istedadlı müəllim və həkimlərin maaşlarının ixtisas kateqoriyası əsasında diferensiallaşdırılmış üsulla artırılması, beynəlxalq ekspertləri cəlb etməklə müəllim və həkimlərə ixtisas kateqoriyasının verilməsi proseduruna əsaslı şəkildə yenidən baxılması, habelə ixtisasların qiymətləndirilməsi metodologiyasına əsaslanan ədalətli və şəffaf sistemin tətbiqini təmin edilməsi layihədə əsas yer tutan məsələlərdir.

Əgər sənəd layihəsi 2022-ci il iyulun 1-dək hazırlanarsa, o zaman bu ilin ikinci yarısında qətnamənin təsdiqlənərək qüvvəyə minməsi mümkündür. Daha əvvəl qeyd olunan məlumata əsasən, 2022-ci ildə respublika müəllim və həkimlərin maaşlarının ixtisas kateqoriyasından asılı olaraq differensial şəkildə daha da artırılmasını planlaşdırır:

ali kateqoriyalı müəllimlər – azı 15%;
birinci kateqoriyalı müəllimlər, ali və birinci kateqoriyalı həkimlər – azı 10 %;
ikinci kateqoriyalı müəllimlər və həkimlər – azı 5%.
Xatırladaq ki, 2021-ci il noyabrın 1-də prezident Şövkət Mirziyoyev 2022-ci ilin vergi daxilolmaları və büdcə parametrləri ilə bağlı müşavirə keçirib.

Sonra müşavirədə dövlət başçısı müəllim və həkimlərin maaşlarının mərhələli şəkildə artırılmasının zəruriliyini vurğulayaraq, bu məqsədlər üçün əlavə vəsaitin ayrılmasını təklif edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistanda-en-yuksek-menzil-qiymetlerinin-oldugu-bolgeler-aciqlanib
Həmçinin bax: kafkazh.com/ozbek-saire-sevinc-corequlovanin-seirleri

Translate »