Dekabr 9, 2021

23 oktyabr Vətən müharibəsinin yeganə qadın şəhidi -Arəstə Baxışovanın anım günüdür

23 oktaybr Qarabağımızı işğal edən düşmənlərimizə qarşı işğala son vermək üçün aparılan Vətən müharibəsinin yeganə qadın Şəhidi- bu səbəbdən 3000 şəhid qardaşın tək şəhid bacısı adlanan şəhidimiz Baxışova Arəstə xanımın anım günüdür.

Qədim tarixə məxsus dövlətimizin varlığı, vətənimizin azadlığı uğrunda canından- qanından keçən bütün şəhidlərimizi, qazilərimizi sayğı və rəhmətlə anıram.

Qeyd edim ki, Arəstə xanım Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib. Arəstə xanım 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. Bir müddətdən sonra hərbi xidmətə olan marağından Arəstə Xanım 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz tarixi torpaqlarımızda rusların və farsların dəstəyilə qurulan adlarını da biz Türklərdən oğurlamış, əsl adları hayrik olub dünyaya özlərini erməni kimi tanıdanların bu gün yaşadığı terrorçu Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib.

Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı hərbiçilərimizi döyüş meydanından çıxararkən düşmən namərd gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəxsi fikrimcə, Arəstə xanım da 2-ci Fəxri Xiyabanda dəfn edilməli idi. Şəhidimiz Arəstə xanımın Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrında Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edildi. 2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimində “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə bu medala layiq görülənlərin adları açıqlanmışdır. Hər il mayın 12-də qeyd edilən bu əlamətdar gün ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis xanım Florens Naytingelin ad günü şərəfinə edilir. Bu medal Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bu sahədə ən yüksək medalıdır. Bu il də dünyada 18 ölkədən 25 tibb bacısı bu medala layiq görülmüşdür. “Florence Nightingale” medalı silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanlığın sağlamlığına, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən insanlara verilir. Təltif olunanların sırasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da vardır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirərkən yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyyə edilməsində fəallıq göstərmiş və öz vəzifə borcunu yetirərkən döyüş zamanı Şəhid olmuşdur. Arəstə Baxışovanın namizədliyi mənim özümün də sevə -sevə fəaliyyət göstərdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslan müəllimin təklifi ilə komissiyaya təqdim olunmuşdur. Komissiyanın yekdil qərarı ilə o, Beynəlxalq Qızıl Xaç Komitəsinə bu medala namizəd kimi təqdim edilmişdir. Qeyd edim ki, BQXK tarixində Arəstə xanım ilk şəhid xanım olaraq bu medalla təltif edilib.

Hazırladı: Alim Nuriyev

Həmçinin bax: tehsilim.org/emin-abid-gultekin/

Həmçinin bax: turaz.org/sehid-taleh-temraz-oglu-abdullayev-haqqinda/

Translate »