Sentyabr 30, 2022

29 il əvvəl 54 gün erməni mühasirəsində qalan azərbaycanlılar haqqında sənədli film çəkilir

 

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı “Global Media Group”un dəstəyi ilə film çəkilir.

Turaz.org xəbər verir ki, “Parabüzən” adlı sənədli ekran əsərinin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə – Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər.

Ziyarət 19 nəfərin mühasirəyə düşdüyü yer – Kəlbəcərin Çaykənd kəndindən başlayıb, mühasirədə qaldıqları ərazi Laçının Oğuldərə kəndinə qədər davam edib.

Çəkiliş qrupu Oğuldərədən təxminən 10 km aralıda yerləşən dağlara qalxıb, həmin şəxslərin vaxtilə sığındıqları ev və kahalarda çəkilişlər aparıblar.

Səfər iştirakçıları necə mühasirəyə düşdükləri, 54 gün ərzində düşməndən necə gizlənmələri, mühasirədən hansı qaydada çıxdıqlarına dair xatirələrini bölüşüblər.

Çəkilişlər sakinlərin mühasirəni yardıqları yer – Laçının Güləbird kəndində yekunlaşıb.

Müxbir: Əzizə Əlizadə

Translate »