Noyabr 29, 2022

30 sentyabr Beynəlxalq Tərcümə Günü

Beynəlxalq Tərcüməçilər Federasiyası (IFT) tərəfindən təsis edildiyi tarixdən – 1991-ci ildən bəri 30 sentyabr bütün dünyada Beynəlxalq Tərcümə Günü kimi qeyd olunur.

Bu gün tərcüməçilər, dilçilər, tələbələr, yazıçılar və dilçilik sektorunun digər nümayəndələri öz peşələrini qeyd etmək, işlərinin əhəmiyyəti barədə hamını məlumatlandırmaq və dünya miqyasında tərcüməçi həmkarları ilə həmrəyliyi təmin etmək üçün xüsusi əhəmiyyətli tədbirlər təşkil edirlər.

Müqəddəs Cerom
Cerom eramızın 347-ci ildə indiki Xorvatiya və ya Sloveniyadakı bizə məlum olmayan Roma şəhəri Stridonda dünyaya gəlib və eramızın 420-ci ildə Bet-Lexemdə vəfat edib. Cerom dövrünün ən məhsuldar yazıçılarından və tərcüməçilərindən biri idi və əsrlər boyu tərcüməçilərin himayədarı kimi qəbul edilmişdir. Bu səbəbdən Beynəlxalq Tərcüməçilər Federasiyası 30. Sentyabrı Beynəlxalq Tərcümə Günü elan etmişdir.

Bu gün Tərcümə Peşəsi
Texnologiyanın hökm sürdüyü rəqəmsallaşan müasir dünyada ünsiyyət vasitələri sürətli və əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. İnformasiya mübadiləsi prosesi heç vaxt bu qədər sürətli olmasa da, peşəkar tərcüməçilərə ehtiyac heç vaxt dayanmayıb.

Əksinə, qloballaşan dünyada tərcüməçilərin rolu olduqca əhəmiyyətlidir. İnsanlar arasındakı ünsiyyət prosesi saniyələrin içində axıb getsə də, tərcüməçilərin vəzifəsi və məqsədi onun düzgün istiqamətdə axmasına və çatdırılmalı olan mənanın dəqiq, mətnin niyyət və üslubunun isə dəyişməz qalmasına əmin olmaqdan ibarətdir.

Əvvəlki qayda və normalar artıq dəyişib, bundan sonra da dəyişməyə davam edəcək, dünya heç vaxt yerində dayanmır, buna baxmayaraq, tərcümə peşəsinin mahiyyəti dəyişməz olaraq qalır. Bu müxtəlif dillər və mədəniyyətlər arasında müxtəlif yollarla və müxtəlif səviyyələrdə fikir mübadiləsini asanlaşdırmaqdan ibarətdir. Tərcüməçilər tərcümə etdiyi materialdan asılı olmayaraq- şeir, roman, film, təlimat kitabçası və ya vebsayt- hər zaman bu amalı tutaraq irəliləyirlər.

Turaz.org bütün tərcüməçi və dilçi komanda üzvlərimizi, tərəfdaşlarımızı, dostlarımızı və dünyanın bütün tərcüməçilərini Tərcümə Günü münasibətilə təbrik edir!

Müxbir: Günay Xankişiyeva

Translate »