İyun 8, 2023

300 iPhone aldıqdan sonra qarət olundu

Nyu Yorkda kişi 300 iPhone aldıqdan sonra qarət edilib.

Turaz.org xəbər verir ki, Qara Cümə günündə bir amerikalı Nyu Yorkun Beşinci prospektində yerləşən “Apple Store” mağazasından 300 ədəd “iPhone” 13 alıb və mağazadan çıxandan dərhal sonra qarət edilib. Bu barədə “Android Authority” portalı məlumat yayıb .

Hücum edilən şəxsin adı hələ ki, açıqlanmır.

Gənc alış-veriş etmək üçün gecə saat 01:45-də “Apple Store”a gəlib. Mağazadan çıxıb maşınına tərəf gedərkən iki quldurun hücumuna məruz qalıb. Zərərçəkmiş özünü müdafiə etmək istəsə də, quldurladan biri ,antas; ilə burnuna zərbə endirdikdən sonra onu qaçırıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparır.

Translate »