Tehran- İran Səhiyyə Nazirliyinin və Tibbi Təhsilin mətbuat katibi çərşənbə günü avqustun 26-da ölkədə koronavirusdan ümumi sağalma sayı 314 817-ə çatdığını demişdir.Çərşənbə günü Sima Sadat gündəlik konfransda son 24 saatda 119 yeni ölüm halını və virusdan ölüm sayının 21 020 -ə çatdığını qeyd etmişdir.
“Təəssüf ki, dünəndən bəri 2.243 yeni yoluxma təşhis edildi və xəstəxanaya yerləşdirildi və beləliklə Covid-19 xəstələrinin ümumi sayı 365,606-ya çatdı”- Lari dedi.
Mətbuat katibinin sözlərinə görə,3,831 xəstənin vəziyyəti ağırdır.
Mətbuat katibi əlavə etmişdir ki, İranda ümumi 3,113,806 koronavirus testi keçirilmişdir.
Elan edilmişdir ki, ölkənin 26 əyalətində hələdə qırmızı zonadır: “Mazandaran,Tehran,Qum,Şimali Xorasan,İsfahan,Xorasan,Rəzəvi,Kerman,Zəncan,Qəzvin,Səmnan,şərqi Azərbaycan,Yəzd,Gilan.”
Mətbuat katibinin sözlərinə görə Fars əyalətləri,İlam,Lorestan,Hormezgan,Qərbi Azərbaycan,Buşəhir,Şərmahal,Bəxtiyari,Boyər-Əhməd,Ərdəbil,Kirmanşah,Cənubi Xorasan,Mərkəzi,Goləstan,Güzəstan da həmçinin xəbərdarlıq zonalarıdır.
Müxbir:turaz.org xüsusi müxbir Vüsalə Bayramova
Tərcüməçi: Diana Məmmədova
Mənbə: İran Press
Həmçinin bax:https://kafkazh.com/vetenin-qururlu-ovladlari-5/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”