May 17, 2022

Xüsusi təyinatlıların təlimində qəzalar baş verdiyi halda meyitin geri göndərilməsi qaydası müəyyənləşir

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində qəzalar, insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsi qaydası müəyyənləşir.

Turaz.org-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalanna riayət edilməsini təmin etmək üçün cəsədlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir

Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ-yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir. Xəstənin və ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.

Qəzalar/insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsindən irəli gələn bütün xərclər GÖ-nün cavabdehliyində olacaq.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/azerbaycan-turkiye-ve-gurcustan-xususi-teyinatli-quvvelerinin-telimine-dair-senedin-quvvedeolma-muddeti-melum-olub/

Translate »