Fevral 3, 2023

Sadizm: sadist insanları necə seçmək olar? – Psixoloq açıqladı

Yəqin ki, ətrafınızda başqalarına əziyyət verməkdən zövq alan insanlar var. Onlar kiminsə əzab çəkdiyini gördükdə xoşbəxt olur, həzz alırlar. Belə insanlar sadizmə meyilli şxslərdir.

Mövzu ilə bağlı Turaz.org-la fikirlərini bölüşən psixoloq Vəfa Əkbər bildirib ki, sadizmə meylli insanlar üçün tam hakimiyyət arzusu ən vacib şərtdir. Onun özlərinə görə, kiməsə fiziki və mənəvi ağrı verməklə nə isə əldə etmək sadizmin əlamətlərindəndir: “Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq, sadistin daimi arzusudur. Bunun üçun o, təhqir və mütiliy səviyyəsinə çatdırma üsulundan istifadə edir.

Mütləq hakimiyyətə çatmağın 3 yolu var. Birincisi, digər insanları özündən asılı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimmiyyətə sahib olmaq. Bunun üçün qarşısındakı şəxsə “Səni mən yaratmışam”, “Sən mənim istədiyim kimi olacaqsan”, “Sən mənim əməyimin və istedadımın nəticəsisən” , “Mənsiz sən heçsən” fikirlərini təlqin edir. İkincisi , sadistlər nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətta onları eksplotasiya edərək istifadə etmək də istəyirlər. Bu istəklər digər şəxsi maddi, bəzən mənəvi cəhətdən istifadəyə yönəlir. Üçüncüsü isə, sadistlər digər şəxslərə ağrı, əzab verərək onların necə əzab çəkmələrindən həzz alırlar. Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər. Göstərilən hər üç halda özünü müdafiə etmək iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir”.

Vəfa Əkbər bildirib ki, bəzi müşahidələrlə qarşınızdakı şəxsdə belə cəhətlərin olub olmadığını təyin etmək olar: “İlk olaraq, qurbanın “tərbiyələndirilməsi”. Sadist tipli insanlar həmişə digərlərinin onlara tabe olmasına çalışırlar. Onlara öz istəkləri, hissi, məqsədi olmayan qurbanlar lazımdır. Bu xarakterli insanlarda öz “sahiblərinə” iddiası olmur. Belə “sahib” və onun qurbanı tipli münasibətlərdə ikincinin “tərbiyələnməsi” aparılır. Yəni “Sənin valdeynlərin sənə düzgün tərbiyə verməyiblər, onlar səni boş buraxaraq ərköyün böyüdüblər. Mənsə səni yenidən düzgün tərbiyə edəcəyəm”. Bu tip insalarda öz övladları ilə münasibət daha dəhşətli olur. Belə ki, uşaq tam qula çevrilir. “Tərbiyə üsulu övlada və ya qurbana tətbiq olmağından asılı olmayaraq “nə qədər kritika olarsa daha effektiv olar” üsulu ilə aparılır. Qarşısındakını tərifləmək “sahibinə” yaxınlaşmaq ümüdini verə bilər. Buna görə də tərif “tərbiyyə metodu” ola bilməz. Əgər tərif faktı baş versə, ardınca daha kəskin tənqid gəlir ki, bu da qurbanın özü haqda daha pozitiv düşünməsinin qarşısını alır. Qurban nə qədər dəyərli xüsusiyyətlərə malik olsa, onun tənqidi daha kəskin aparılır. Sadizmə meylli şəxslər qurbanın az əmin olduğu anları, ona əziz şeyləri rahat hiss edir. Buna görə də tənqidə əsasən belə anlar, bu cəhətlər, bacarıqlar tutulur. Həqiqətdə sadist üçün qarşısındakının taleyi heç də əhmiyyət kəsb etmir. Heç öz həyatıda sadist üçün sahiblənmək hissi qədər maraqlı deyil. O, öz karyerasından, öz maraqlarından və daha vacib şeylərdən imtina edərək nəyin bahasına olursa olsun öz qurbanının müstəqiliyinin qarşısını alır.

İkincisi, öz qurbanının hissləri ilə oyun oynayır. İnsanın hərdən özünün də başa düşmədiyi hisslər üzərində təsir mexanizminə malik olmaq sadistin tam bərqərarlı hakimiyətinin sübutudur. Sadizmə meylli insanlarda qarşısındakının hisslərini tam aydın duymaq qabilliyyəti olur. Belə ki, onlar qarşısındakı şəxsdə sevinc, qəm-qüssə, eləcədə erotik hisslərin baş qaldırmasını təlqin etmək gücünə malik olurlar. Bunun sayəsində öz hökmlərini rahat formada tətbiq edirlər. Həm də onlarda qurbanların reaksiyalarını çox ustalıqla özlərinə sərf edən istiqamətə yönləndirmə qabiliyyəti var. Eyni zamanda qurbanın digər şəxslərin hərəkətlərindən zövq almasına qətiyyən yol vermək olmaz. Ya zövq mənbəyi qurbanın gözündə alçalmalı, ya da qurbanın özünü elə kədər hissilə boğmaq lazımdır ki, o, ətrafdakı insanları hiss etməsin. Eləcə də qurban öz istəyi ilə kədərlənməsi və ya digərlərinə qarşı kədər hiss etməsi qətiyyən yol verilməzdi. Əgər belə hal baş verərsə, sadist dərhal yeni kədər mənbəyi yaradaraq qurbanını kənar hisslərdən uzaqlaşdırır. Lakin sadist bəzən kənar qəm-kədərdən əziyyət çəkən qurbanına rahatca təsəlli verə bilər. O, əlindən gələni edərək buna nail olur. Çox vaxt qurban da sadist tərəfindən güclü dəstək gördükdə ona qarşı dərin minnətdarlıq hissi oyanır. Bununla sadist öz hakimiyyətini bərqərar edərək insanın hisslərinə hakim olur. Əksər hallarda belə hisslərlə oyun şüursuz şəkildə aparılır. Sadizmə meylli insan özünü bu və ya digər hallarda necə aparmalı olduğunu gözəl hiss edir, lakin bəzən onun özü də hərəkətlərinin mənasını dərk etmir. Yəni onun özünə də belə davranışın məqsədi aydın deyil. Çox güman ki, o bunları rasional şəkildə edir.

Üçüncüsü, qurbandan sui-istifadə edir. Sui- istifadə də sadizmin mütləq cəhətlərini daşıyır və ancaq şəxsi mənafe məqsədilə tətbiq olunur. Amma istənilən sadist üçün sonda qazanc olub-olmamasından asılı olmayaraq, ən vacib fayda öz hakimiyyətinin hiss etməkdir. Beləliklə sadist üçün qarşısındakının necə çalışmasından, nə etməsindən aslı olmayaraq o heç vaxt öz qurbanının tərifləməyəcək və günü-gündən tələblərini artıracaq.Bu azmış kimi qurban tərəfindən edilən bütün sərbəst cəhtlər tənqid olunacaq və çöx vaxt o, sahibinə qarşı piss rəftarda günahlandırılacaq.Əlbəttə ki, belə pis rəftra görə qurban daha ciddi cəhtlə sahibinə qulluq etməlidir.Sadist üçün ən öncə qurbanının heç vaxt onun səviyyəsinə catmayacağı faktını dərk etməsidir.Daha dərin analiz edildikdə görmək olarki, bu sadist tərəfindən qurbandan sui-stifadə edərək həyatını lazımi ehtiyaclarla təmin etmək arzusudur.Bu işdə yüksəliş, karyera, məhəbbət və qayğı, çinsi ehtiyac və s ola bilər.Sadist bunları əldə etmək üçün ancaq bir yol görür ki, bu da qurbanın əziyyəti bahasına ona sərf edəni əldə etsin.

Dördüncüsü isə qurbana xəyal qırıqlığı yaşadılmasıdır. Sadizmə məxsus əsas cəhətlərdən biri də başqalarının arzu, istək, planlarının həyata keçməsinin qarşısını almaqdır. Sadizm xüsusiyyətlərini özündə daşıyan şəxs üçün hər kəsin mənafeyinin əksinə getmək, onların sevincini öldürməklə, ümidlərini itirməyə gətirib çıxarmaq çox vacibdir. Hətta o, öz mənafeyinin əksinə getsə də, qurbanın adının hansısa uğurlu işdə çəkilməsinə heç cür yol verə bilməz. Başqalarına zövq verə biləcək istənilən şey dərhal aradan götürülməlidir. Əgər qurban onunla görüşməyə can atırsa, o qaşqabaqlı və yaxud cinsi yaxınlıq istəsə soyuq olacaq. Bunun üçün ondan çox şey tələb olunmur. O, sadəcə özünü yorğun və pis əhvallı göstərəcək. Əgər sadist gördüyü işin kiməsə zövq verdiyini görsə, onda o, var gücü ilə iş fəaliyyətinin qurban üçün əzaba dönməsinə çalışacaq. Misal üçün, daim müştərilərlə çalışan konsultantların işini müşahidə etsək görərik ki, sadizmə məxsus insanlar qarşısındakının onlarla işləməkdən zövq aldığını hiss etsə, o saat bütün cəhtlərlə bu prosesi konsultant üçün cəhənnəm əzabına çevirirlər. Belə fərdlərlə tez-tez psixoloqlar da üzləşir. Məsələn, psixoloq aparılan müalicə metodundan razı qaldığını və müvəffəqiyyət əldə etdiyini bildirdikdə, sadist dərhal bunun əksini sübut etməyə çalışır. Bəzən bu mütəxəssisin profesionallıq dərəcəsini kölgədə qoya bilər”.

Translate »