Fevral 1, 2023

2023-də bürcləri nə gözləyir?

2023-cü il gələr-gəlməz hər kəsi maraqlandıran bir sual var: bu il hansı bürclər üçün uğurlu olacaq? Dovşan ilində bizi nələr gözləyir?

Astroloq Arzu Məmmədli 2023-də bürcləri gözləyən proqnozlarını Turaz.org-la bölüşüb.

2023- cü ildə ən çox pul qazanan yüksələni Balıq bürcləri olanlar olacaq. Bu insanlar 2014-2015-ci illərdə itirdiyi pulları geri alacaqlar.
Mart ayında yüksələn Balıq bürcləri neçə illik Neptun Balıq tranzitindən ayılacaq, bu dünyanın xəyal olmadığını anlıyacaqlar. Zamanlarını ticarət, təhsil, öryənib və öryətməyə ayıracaqlar.
2023-cü ilin may ayında Yupiterin Buğa bürünə keçməsi onları çox fəal edəcək.

2023-cü il Xərçəng və yüksələni Xərçəng olanlar, uzun zamandır gözlədiklərini alacaqlar. 2023-cü il kariyera həyatılarında ən parlaq bir il olacaq. İş qurma, yüksəlmə, vəzifə artımları olacaq. Bu il ərzində köçmə, ailə içi krizlər və ev dəyişmələri də olacaq. 2014-2015 ci illərdə hansısa Xərçəng işindən çıxıbsa və haqsız yerə mühakimə olunubsa, bu halları da düzəltmə zamanı olacaq.

2023-cü il ən şanslı bürclər Qoç, Şir, Oxatan bürcləridir. Bu bürclərdə sterumu olanlar üçün də əladır. Qoç və Tərəzi bürcləri ən çox evlənən bürclər olacaq. 2014-2015-ci illərdə evlənən Qoç və Tərəzi bürcləri isə 2023-cü ildə vacib bir döngüdədir. Onlar bu ildə vacib qərarlar ala bilərlər.

2023-cü ildə sevgidən ən şanslı bürc yüksələn Oxatanlar olacaq. 2020-2021 illərində yüksələn Oxatanlar üçün çətin oldu, indi isə həyatlarının sevgisini tapmağa hazır olsunlar. Bura yüksələni Əkizlər olanlar da aiddir. 2023-cü ilin may ayından yüksələn Əkizlər həyatının sevgisini tapacaq.

Əkizlər və yüksələni Əkizlər olanlar üçün həm sağlıq həmdə iş barədə çətinlik aktualdır. 2023-cü il həm də iş, karyera, sevgi baxımınnan əladır. Əhatəni böyütmək, istəklərin həyata keçirilməsi üçün gözəl fürsətlər dövrüdür.

Dolça və yüksələni Dolça olanlar 2022-də çox yoruldu. Saturn bürclərində bu insanları yordu, həyatın hər üzünü gördülər. 2023-cü ilin mart ayından sakit və rahat nəfəs alacaqlar. Saturn Balıq bürcündə bu insanlara pulu idarə etməyi öryədəcək. Təhsil, iş və karyera üçün də əla zamandır.

Buğa və yüksələn Buğalarda isə Yupiter may ayında bu bürcə keçir. 2023-cü il mart ayından Saturn buğaya 90-lıq deyil 60-lıq bucaqlar verəcək. İlin sonuna kimi şans planeti Yupiter buğada olacaq. Əgər Buğa bürcündə dəstəkləyici bucaqlar çoxdusa xəritələrində Yupiter bunları daha da artıracaq.

2022-ci il Əqrəb və yüksələni Əqrəb olanlar çox çətin və şərəfli bir dövrdən keçdilər. Lazım olanda buraxmağı öryəndilər, boş verməyi, altdan almağı və doğru olan üçün mübarizə aparmağı öryəndilər. Evlilik, münasibətlər, ortaqlıqlar, Buğa – Əqrəb aksında olan tutulmalar və Saturnunun sərt 90-lıq karesi həyatda olmayanı oldurmağa çalışan Əqrəblərə “boş ver və ya burax” öryətdi. Bunu daha ağılla və mətiqlə apara biləcəkləri il isə 2023-cü ildir. Bu il hər mənada onlara uğurlu bir zaman olacaq.

Qız və yüksələn Qızlar üçün 2023-2026-cı il Saturn Balıq bürcündə 7-ci evdə olacaq. Bu tranzit onları ailə və özləri ilə sınayacaq. Saturn bürclərinə 180-lik sərt bucaqlar verəcək. “Mən” və “Biz” evində baş verənlər onları bir xeyli yoracaq. Yupiter buğa bürcündən onlara pul, qazancalar versə də bu 2 il 8 ay onları bir az yoracaq.

Merkuri 7 dekabr Oğlaq bürcünə keçəcək və uzun bir zaman Oğlaq bürcündə irəliləyəcək. Venera 10 dekabr Oğlaq bürcünə keçir. Oğlaq dövlət, karyera və iş, qazanclarını (zodiakın 10-cu evi olduğu üçün) idarə edir. Bu iki xoş niyyətli planetlərin tranziti bu mövzuları daha aktual edəcək. 15 dekabrdan sora Oğlaq bürcündə sterumu və ya Oğlaq bürcündə öz planeti olan insanlar üçün daha aktiv bir vaxtdır. 29 dekabr Merkuri retro edəcək və Venara-Merkuri qovuşumu tam olacaq. Vacib olan bu qovuşum 2021-2022 cildə yarımçıq qalan işləri gündəmə gətirəcək. Merkuri və Venara Oğlaq tranziti ən çox Oğlaq, Qız, Buğa, Balıq, Əqrəb, Xərçənglərə (və ya xəritədə sterumu varsa) yarımçıq qalan işlərin həlli üçün şanslı bir zamandır.

2023-cü ildə Şir və yüksələni Şirlərin karyera həyatları tətiklənir. May ayından isə daha da böyümə vaxtlarıdır. Ana olmaq, evlənmək, uzaq ölkələrlə iş birliyi yaratmaq, yer dəyişimləri və səyahətlər üçün çox uğurlu olacaq. Avqust ayında Venera bürcünüzə gələcək. Sizi daha parlaq və keyfli edəcək, uzun müddət Venera bürcünüzdə olacaq və retro edəcəkdir.

Kədərimizi dəyişdirən və tutulmaları göstərən Ay Düyümləri Qoç-Tərəzi bürclərində olacaq. Belə ki, 1967-Avqust, 1969-Mart, 1986-Aprel,1987-Dekabr, 2004-Dekabr, 2006-İyun tarixlərində doğulanlar kədərsəl bir döngünü yaşayacaqlar.

Oğlaq və yüksələn Oğlaq bürcləri isə 2023-cü ildə öz bacarıqlarını istifadə etdiyi bir ildir. Oğlaq bürcləri ailə, sevgi və eşqdən yana şanslıdır. Çox yorulan Oğlaqlar ana olmaq, ailə qurmaq və yeni işlərə başlamaq üçün Aprel ayı uğurlu zamandır. İdarəçisi Saturn hər mənada Balıq bürcündən onlara dəstək verəcək, Oğlaq bürcündə sterimu və Saturn olanlar daha çox yararlanacaq.

Tərəzi və yüksələn Tərəzilərə 2023-cü ilin əvvəli həm iş, sevgi, münasibətləri baxımından çox uğurludur. 20 Aprel-də yeddinci evlərində olan Qoç bürcündə Günəş tutulması olanlar ortaqlıqlar və münasibətlər üçün net qərar verəcəklər. 2023-cü il iyulun 17-dən Şimal Ay Düyümü tərəziyə yerləşəcək və tutulmalar “Mən” və “Biz” evində baş verəcək. Bu isə onlara evlikik, amma özləri ilə bağlı qərarsızlıqlar və aldanmalar verə bilər.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »