Sosial şəbəkələrdə tez-tez saxta iş elanları ilə insanlar aldadılırlar. Adətən belə elanlar “Oturduğun yerdə pul qazan”, “Artan gəlirli asan iş” başlığı ilə yayılır, əlaqə saxladıqda isə vətəndaşdan qeydiyyata alınması üçün müəyyən miqdarda pul tələb olunur. Bəs aşkar yolla dələduzluq edən bu şəxslərin qarşısını necə almaq olar? Onların tələsinə düşməmək üçün nəyə diqqət etməliyik?
Turaz.org mövzunu araşdırıb.
İnsan resursları üzrə mütəxəssiz Zaur Əhmədov bildirib ki, elanla tanış olduqda bir sıra məqamlara diqqət etmək vacibdir.
Onun sözlərinə görə, iş elanında mütləq şəkildə korporativ elektron poçt və nömrə qeyd olunmalıdır: “İş elanının bəndlərinə diqqət etməlidir. Elanda əmək bazarına uyğun olan əmək haqqı təklif edilməlidir. Bir çox hallarda süni şəkildə əmək haqqını yüksək qeyd edirlər. Bu isə işə ehtiyaclı insanların asanlıqla tələyə düşməsinə səbəb olur”.
Mövzuya münasibət bildirən əmək hüquqları müdafiəçisi Sahib Məmmədov deyib ki, bəzən vətəndaşdan standart sənədlərdən əlavə şəxsi məlumatlar da istəyirlər.
Onun sözlərinə görə, bu hal dələduzların yaydığı saxta iş elanından xəbər verir:
“İşə qəbul olarkən əmək kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, istisna hallarda sağlamlıq haqqında arayış tələb olunur. Bunlardan əlavə sənədlərin istənməsi qeyri-icbaridir. Hər hansı rüsumun tələ edilməsi isə qanunsuzdur. İşədüzəlmə adı ilə aldadılan vətəndaşların sayı çoxalır. Heç bir halda insanlar etibar etmədikləri şirkətlərə etibar etməməlidirlər. Belə olduqda mütləq aidiyyatı orqanlara xəbər verilməlidir”.
S.Məmmədov qeyd edib ki, vətəndaşları bu yolla aldadan şəxsləri 14 ilədək həbs cəzası gözləyir.
ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür