Sentyabr 30, 2022

Saatlı rayonunda anasına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Saatlı rayonunda anasına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Avqustun 19-da saat 19 radələrində Saatlı rayon sakini 1968-ci il təvəllüdlü Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Saatlı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1993-cü il təvəllüdlü Raqif Mehdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Raqif Mehdiyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova

Həmcinin bax https://kafkazh.com/azerbaycan-texniki-universitetinde-tehsil-alan-617-telebe-yay-mektebine-muraciet-edib/https://kafkazh.com/yeni-peyvendler-beseriyyetin-pandemiyadan-xilasi-olacaqmi/

Translate »