May 29, 2023

AB rəqəmsal pasportların istifadəsini təsdiqlədiyi üçün İspaniya turistlərin gəlişini gözləyir

Avropanın geniş rəqəmsal sertifikat planları Avropa Parlamentində təqdim edildiyi üçün İspaniya xarici səyahətçilərə iyun ayından etibarən ölkəyə giriş etməyə icazə verəcəyi ehtimalı oıduğunu söyləyib.

Tiraz.org xəbər verir ki, Turizm Naziri Fernando Valdez, İspaniyanın gələn ay turistləri qəbul etməyə hazır olmasını yoxlamaq üçün bir sınaq testi edəcəyini söylədi.

AB rəqəmsal yay tətili kartı üzərində işləyir.

Bu, Covid əleyhinə peyvəndlənmiş, testi neqativ çıxmış və ya yaxın zamanda öz sağlamlığına qovuşmuş hər kəsə aiddir.

Bir neçə ölkə artıq yerli məhdudiyyətləri azaltmaq üçün rəqəmsal və ya kağız icazələrdən istifadə etməyə başlayıb.

Valdez, Meksikadakı bir turizm konfransında ölkəsinin iyun ayında dünyanın hər yerindən gələn səyahətçilərə onları ziyarət edə biləcəklərini bildirməyə hazır olacağını söyləyib.

Çərşənbə günü AB parlamentindəki səsvermə zamanı yaranan mübahisələrdə AB Ədalət Komissarı Didier Reinders, birgə keçid barədə razılığa gəlinməyəcəyi təqdirdə “Avropada parçalanma” ehtimalı barədə xəbərdarlıq edib.

Reuters xəbər agentliyinə görə , o deyib: “Başqa üzv ölkələrdə oxuna və təsdiqlənə bilməyən müxtəlif sənədlərə sahib olma təhlükəniz var. Bu saxta sənədlərin yayılmasına və bununla birlikdə virusun yayılmasına və vətəndaşlara inamsızlığa aparıb çıxara bilər”.

AB rəqəmsal sertifikatının açarı, fərdi məlumatları ehtiva edən və AB Komissiyası bunun təhlükəsiz və etibarlı olacağını söyləyən bir QR kodu – qara və ağ kvadratlardan ibarət maşın tərəfindən oxunaqlı bir qrafik koddur. Sertifikatın Avropa xaricində tanınmasını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işləyir.

27 üzv ölkə, Norveç, İslandiya və İsveçrə kimi AB-yə üzv olmayan ölkələri də bu siyahıya daxil etmək istəyir, rəsmilər bu həftənin əvvəlində peyvənd olunmuş ABŞ səyahətçilərinin bu yay Avropanı da ziyarət edə biləcəyini söyləyiblər.

Bununla birlikdə, Avropa Komissiyası bu mövzuda İngiltərə ilə “əlaqə” olmadığını söyləyib. İngiltərənin nəqliyyat katibi Qrant Şapps, çərşənbə günü İngiltərədəki tətilçilərin Milli Səhiyyə Nazirliyinin mobil tətbiqetməsindən istifadə edərək test edildiklərini və ya peyvənd olunduqlarını göstərə biləcəklərini söyləyib.

Sky News-a verdiyi açıqlamada ABŞ, Kanada və G7 sənayeləşmiş millətlər qrupunun digər üzvlərinə istinad edərək deyib: “Bu sistemin beynəlxalq səviyyədə tanınmasını təmin etmək üçün dünyadakı tərəfdaşlarla beynəlxalq səviyyədə işləyirəm”.
Artıq bir sıra ölkələr öz pasport sistemlərini istifadə etməyə başlamışlar.

Danimarkada, Coronapas tətbiqi peyvəndlənmiş və ya infeksiyadan sağalmış müştərilərin barlara, restoranlara və muzeylərə girməsinə imkan vermək üçün istifadə olunur.

Dünyadakı ən yüksək peyvənd nisbətlərindən birinə sahib olan İsraildəki oxşar sxem, istifadəçilərə otel, idman salonu və teatrları ziyarət etməyə imkan verir. “Green Pass”, Yunanıstan və Kiprlə müqavilələrin ardından İsrail vətəndaşları üçün səyahət imkanları da yaratdı.

Mənbə: bbc.news
Müxbir: Məmmədova Zöhrə
Tərcüməçi: Əliquliyeva Şəhla

Həmçinin baxturaz.org/ermeniler-57-hektar-mese-sahesini-mehv-edib-resmi/

Həmçinin bax:tehsilim.org/nizami-gencevinin-xemsesinin-xv-esrin-ortalarinda-kocurulmus-elyazmasinin-sureti-elde-edilib/

Translate »