Oktyabr 4, 2022

Abbas Müsəvi: İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm

Fəaliyyətimi dost və qardaş dövlət olan Azərbaycan Respublikasında davam etdirəcəyimə görə çox sevinirəm. İran ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf etməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycana təyin olunan yeni səfiri Seyid Abbas Müsəvi deyib.
O bildirib ki, İran ilə Azərbaycan xalqları ortaq mədəniyyətə, dinə, milli-mənəvi dəyərlərə malikdirlər. Bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda diplomat kimi fəaliyyət göstərmək çətin olmayacaq. Dövlətlərimiz arasındakı münasibətlərin tarixi kökləri var. Bu gün qarşılıqlı əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Diplomat, həmçinin diqqətə çatdırıb ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyini əks etdirir.
Menbe:azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva

Həmçinin bax:https://tehsilim.org/azerbaycanin-folklor-janrlari-movzusunda-onlayn-mesgele-kecirilib/

https://www.elespanol.com/

Translate »