ABŞ hökuməti Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə monqol icmalarına iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına xüsusi diqqət yetirməklə, təbii fəlakətlərə hazırlaşmaq və onlara qarşı səmərəli cavab tədbirləri görmək üçün vermək üçün 7,2 milyard tuqrik – Monqolustan pul vahidi (2,1 milyon dollar) ayırmaqla üç illik layihəyə start verdi.
Turaz.org xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “World Vision” təşkilatı ilə birgə həyata keçirdiyi İqlimə Dayanıqlı İcmalar layihəsi Monqolustanın şəhər və kənd icmalarına ekstremal hava hadisələri, təbii fəlakətlər və heyvandarlıq xəstəliklərinin yayılması zamanı təhlükəsiz qalmağa və dolanışıq vasitələrini qorumağa kömək edəcək.
“Monqolustan təbii fəlakətlərə meylli ölkədir və təəssüf ki, iqlim dəyişikliyi bu hadisələrin tezliyini və şiddətini artırıb.”, – deyə ABŞ-ın Monqolustandakı səfiri Riçard Buanqan bildirib. “Bu yeni ABŞ Beynəlxalq İnkişaf Agentliyi layihəsi monqol icmalarına təbii təhlükələrə hazırlaşmaq və onlara qarşı cavab tədbirləri görməkdə kömək edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəklədiyi əvvəlki fəaliyyətlərin uğuruna əsaslanır.”
ABİA fəlakətlərə qarşı hazırlaşmaq və ailələri, əmlakı, mal-qaranı qorumaq üçün yerli liderlər və icmalarla birgə işləyəcək. Layihə zəlzələlər, quraqlıq, dzud (soyuq və ağır qarlı qış mövsümünü təsvir etmək üçün istifadə edilən monqol termini), meşə və çöl yanğınları da daxil olmaqla, icmalara fəlakətlərə hazırlaşmaq və onlara qarşı cavab tədbirləri görmək üçün fövqəladə hallarda ilkin tədbirlər, ilk yardım və fəlakətlərin planlaşdırılması üzrə təlimlər keçirəcək. Bu layihə həmçinin baytarlıq xidmətlərini təkmilləşdirəcək və heyvan xəstəliklərinin qarşısının alınması tədbirləri üzrə çoban icmaları ilə işləyəcək. 2010-cu ildən ABİA fəlakət riskinin azaldılması proqramlarını dəstəkləmək üçün 30 milyard tuqrik (təxminən 9 milyon ABŞ dolları) ayırmaqla fəlakətlərə qarşı daha davamlı olmaq üçün Monqolustan icmaları ilə işləyir.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/abs-beynelxalq-inkisaf-agentliyiabia-iqlim-deyisikliyinin-tesirlerine-uygunlasmaqda-monqollara-komek-edecek/
Son Xəbərlər
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
Alim Qasımov ABŞ-da konsert verib