Dekabr 4, 2022

ABŞ-da silahlı insident nəticəsində doqquz nəfər yaralanıb

ABŞ-ın Baton-Ruj şəhərində baş verən silahlı insident nəticəsində azı doqquz nəfər yaralanıb.

Bu barədə Turaz.org xarici KİV-ə istinadən xəbər verir.

Şəhərdəki universitet şəhərciyinin yaxınlığında atəş açıldığı bildirilir.

Zərərçəkənlərin hamısı həyat üçün təhlükə yaratmayan güllə yaraları alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Translate »