İyun 2, 2023

ABŞ-da suyun altında 19-cu əsrə aid qəbiristanlıq tapıldı

Arxeoloqlar ABŞ-ın Florida ştatındakı Dry Tortugas Milli Parkında su altında qalmış adada 19-cu əsrə aid dəfn qalıqları tapıblar.

Turaz.org xəbər verir ki,  kəşf ABŞ Milli Parkının Sualtı Resurslar üzrə Xidmət Mərkəzi, Cənub-Şərqi Arxeologiya Mərkəzi və Mayami Universitetinin tələbəsinin birgə işinin nəticəsidir.

Səlahiyyətlilər məzarın Dry Tortugas Milli Parkında su basmış adada yerləşən Fort Cefferson qalasında tapıldığını və 1861-1865-ci illər arasında Amerika vətəndaş müharibəsi zamanı 1861-ci ildə həlak olmuş işçi Con Qrerə aid olduğunu açıqlayıb.

“Bu maraqlı kəşflər Dry Tortugas Milli Parkı haqqında danışılmamış hekayələrə işarə edir”, – deyə dəniz arxeoloqu və tədqiqat qrupunun rəhbəri Coş Marano bildirib.

Digər tərəfdən, batmış adada ABŞ əsgərlərinin dəfn edilmiş ola biləcəyi qeyd edilərkən, Marano daha çox kəşfiyyat üçün işlərin davam etdiyini ifadə edib.

Fort Jefferson Amerika Vətəndaş Müharibəsi zamanı hərbi həbsxana kimi istifadə olunurdu, ətraf adalar isə dəniz postu, mayak stansiyası, dəniz xəstəxanası, karantin xəstəxanası və hərbi təlim poliqonu kimi xidmət edirdi.

Translate »