ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-5-də Brüsselə səfər edəcək və burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti rəhbərinin birinci müavini Vedanta Patelin bəyanatında deyilir.
Blinkenin həmçinin Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də danışıqlar aparacağı gözlənilir.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”