May 17, 2022

ABŞ dövlət katibi ilə Aİ Şurasının Prezidenti Ukraynadakı durumu müzakirə ediblər 

Bu gün Belçikada ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Turaz.org” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Tərəflər Ukraynadakı durumu müzakirə ediblər.

E.Blinkenlə Ş.Mişel Rusiyaya qarşı mübarizə aparmaq üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Hər iki tərəf Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Onlar, həmçinin Rusiyaya kömək etdiyi üçün Belarusun atdığı addımları qınayıblar.

E.Blinken Ukraynaya humanitar yardımın çatdırılmasındakı xidmətlərinə görə Aİ-yə təşəkkür edib.

Müxbir: Əzizə Əlizadə

Translate »