ABŞ dövlət katibinin köməkçisi Donald Lu yenidən Özbəkistana gəlir. O, Türkmənistan və Qazaxıstana da səfər edəcək.
Turaz.org bildirir ki, Mərkəzi Asiya İqtisadi Dayanıqlılıq Təşəbbüsü çərçivəsində ABŞ-ın regional ticarəti gücləndirmək və investisiyaları cəlb etmək üçün 25 milyon dollar ayıracağı gözlənilir. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu regiona səfəri çərçivəsində bu həftə Özbəkistana səfər edəcək. ABŞ Dövlət Departamentinin məlumatına görə, səfər zamanı dövlət katibinin köməkçisi Lu Mərkəzi Asiyada İqtisadi Dayanıqlılıq Təşəbbüsünün işə salınmasını müzakirə edəcək. Təşəbbüs vasitəsilə ABŞ regional ticarət yollarını və potensialını gücləndirmək, ixtisaslı işçi qüvvəsinə təlim keçmək və Mərkəzi Asiyaya beynəlxalq sərmayələri cəlb etmək üçün 25 milyon dollar maliyyə ayıracaq. ABŞ rəsmisinin qadınların və qızların səlahiyyətlərinin artırılmasına, din və ya inanc azadlığına dəstəyi daha da inkişaf etdirmək üçün hökumət rəsmiləri, eləcə də vətəndaş cəmiyyəti və mədəni qruplarla görüşməsi planlaşdırılır. Qeyd edək ki, Donald Lu may ayının əvvəlində Özbəkistana səfər etmişdi. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Özbəkistanın ÜTT-yə daxil olması, Rusiyaya qarşı sanksiyaların ölkənin inkişafına təsiri və digər məsələlər müzakirə olunub.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/polsa-parlamentinin-numayende-heyeti-ozbekistana-sefer-edib/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub