İyun 3, 2023

ABŞ-ın Özbəkistandakı səfiri Özbək xalqını Dövlət Dili Günü münasibətilə təbrik edib

ABŞ səfiri Daniel Rosenblum Özbək dili günü münasibətilə Özbəkistan xalqını Amerika xalqı adından təbrik edib.

Turaz.org xəbər verir ki, diplomat təbrik mesajında bu fikirləri qeyd edib: “Özbək Dili Günü münasibətilə Özbəkistan xalqını Amerika xalqı adından təbrik edirəm. Bir az da olsa dili öyrəndiyimə görə sevinirəm. Ümid edirəm ki, özbək dilinin əhəmiyyəti daha da artacaq. Özbək xalqı ilə dost olmaq və Özbəkistanın mədəniyyətini və adət-ənənələrini başa düşmək üçün özbək dilində daha çox kitab oxumaq üçün hər kəsi bu dili öyrənməyə çağırıram”.

Daha sonra “Özbəkistan” adlı Özbək şeirindən bir parça oxuyub.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/geleceyin-aqronomlari-layihesinin-acilis-merasimi-kecirilib
Həmçinin bax: kafkazh.com/celil-memmedquluzadenin-yaradiciligi

Translate »