Sentyabr 28, 2022
ABŞ və Qırğızıstan

ABŞ-ın Qırğızıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Oşa səfər edib

 

Oş şəhərinin birinci vitse-meri Mars İsayev çərşənbə günü ABŞ-ın Qırğızıstan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Sonata Kulter ilə görüşüb.

Turaz.org bildirir ki, görüş zamanı təhsil sahəsində, o cümlədən İT texnologiyaları istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı, turizm potensialının artırılması, vətəndaşların rifahı naminə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün nəticəsi olaraq ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Tərcümə:Günay Xankişiyeva

Translate »