Yanvar 29, 2022

ABŞ kəşfiyyatı: “Rusiya 175 min hərbçi ilə Ukraynaya hücuma keçməyi planlaşdırır”

Rusiya 2022-ci ildə bir neçə cəbhədən Ukraynaya hücuma keçməyi planlaşdırır”.

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bu qənatə ABŞ kəşfiyyat idarəsinin rəsmiləri gəliblər.

Onlar hesab edirlər ki, hücumda 175 min rus hərbçisi iştirak edəcək.

Məlumata görə, işğal planına həmçinin zirehli texnika, artilleriya da cəlb olunacaq.

Qeyd edək ki, rəsmi Kiyev bundan əvvəl yanvarda müharibə olacağı barədə xəbər yaymışdı.

Müxbir: Əzizə Əlizadə

Translate »