May 28, 2023

ABŞ-lı alimlər Covid 19-un yeni növünü aşkarlayıblar

ABŞ-ın Texas A&M Universitetinin alimləri tərəfindən COVID-19-un yeni bir variantı aşkar edilmişdir.

Turaz.org xəbər verir ki, Texas A&M alimlərindən sitat gətirərək xəbər verir ki, BV-1 variantı yalnız bir halda rat gəlinib: yüngül simptomları olan bir şəxsdə. Elm adamları, 25 Martda şəhərdən kənarda yaşayan bir tələbəyə edilən ikinci bir testin, variantın digər variantlardan daha uzun müddətli infeksiyalara səbəb ola biləcəyini ifadə edərək, hələ də müsbət olduğunu söyləyib. 9 aprel testi neqativ olub. İlk bir neçə həftədə tələbədə soyuqdəymənin yüngül simptomlarını müşahidə olunub. Simptomlar 2 aprelə qədər tamamilə aradan götürülməyib. BV-1, SARS-CoV-2’nin İngilis variantı ilə əlaqəlidir və potensial təhlükə daşıyıcısıdır. Texas Universiteti A&M Qlobal Sağlamlıq Tədqiqat Kompleksinin baş viroloqu Ben Neyman bildirib: “Bu variantın tam əhəmiyyətini hələ bilmirik, lakin digər beynəlxalq səviyyədə xəbərdar edilmiş variantlara bənzər bir mutasiyanın birləşməsini ehtiva edir.Bu variant, sürətli yayılma, ağır xəstəlik kimi faktorları özündə birləşdirir”. Neyman, alimlərin bu variantdakı digər halları izləməyə davam edəcəklərini söyləyib.

Tərcüməçi:Əliquliyeva Şəhla

Həmçinin bax: turaz.org/prezident-haciqabulda-acilislar-etdi/

Həmçinin bax: tehsilim.org/nizami-gencevinin-xemsesinin-xv-esrin-ortalarinda-kocurulmus-elyazmasinin-sureti-elde-edilib/

Translate »