Noyabr 29, 2022

ABŞ Özbəkistanın dini azadlıqları və insan haqlarını qorumaq səylərini dəstəkləyir

Özbəkistanın ədliyyə naziri Ruslanbek Dövlətov və xarici işlər nazirinin müavini Furqad Sıdıkovun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtonda beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri, o cümlədən ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının rəhbərliyi, eləcə də Qlobal Müdaxilə İnstitutu və Helsinki Komissiyasından olan ekspertlərlə danışıqlar aparıb.

 

Turaz.org bildirir ki, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının daimi üzvləri Erik Uhland, Stiven Şnak və Frenk Volf, eləcə də ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının digər nümayəndələri ilə görüşdə Özbəkistanda dini etiqad azadlığının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub. Xüsusilə dini etiqad azadlığının təmin edilməsi sahəsində islahatlar və dini qurumlarla bağlı qanunvericiliyin liberallaşdırılması Amerika tərəfi ilə ətraflı müzakirə olunub. Özbəkistanda dini etiqad azadlığının təmin edilməsi sahəsində hüquq-mühafizə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələri xüsusi vurğulanıb. Komissiya üzvləri etiraf ediblər ki, Özbəkistanda dini etiqad azadlığının təmin edilməsi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün mühüm səylər göstərilib. Onlar bu sahədə islahatların davam etdiriləcəyinə, həmçinin qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində səylərə ümid etdiklərini bildiriblər. Görüşün yekununda tərəflər dini etiqad azadlığının qorunması sahəsində əməkdaşlığı gücləndirmək üçün daimi işçi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Məlumat üçün bildirək ki, USCIRF 1998-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Aktı (IRFA) əsasında yaradılmış ABŞ hökuməti üçün müstəqil, ikitərəfli məsləhət orqanıdır. Komissiya dünyada din və etiqad azadlığı hüququna riayət olunmasına nəzarət edir və müvafiq siyasət tövsiyələrini bu sahədə prezidentə, dövlət katibinə və ABŞ Konqresinə təqdim edir.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/hokumet-xususi-iqtisadi-zonalarin-fealiyyet-muddetinin-uzadilmasi-barede-emr-verib/

Translate »