İyul 4, 2022

ABŞ Rusiyanı Ukrayna hökumətini ələ keçirmək üçün rəsmi şəxsləri ələ almaqda günahlandırır

ABŞ cümə axşamı günü yeni sanksiyaları açıqlayarkən Rusiyanı Ukrayna hökumətinə nəzarəti ələ keçirməyə cəhd etmək üçün Ukraynanın hazırkı və keçmiş hökumət rəsmilərini ələ almaqda ittiham edib .

Turaz.org məlumat verir ki, Maliyə Şöbəsinin Ukraynada sabitliyi pozmaq üçün Kremlin idarə etdiyi təsir fəaliyyətləri ilə məşğul olduqlarını iddia etdiyi dörd indiki və keçmiş Ukrayna rəsmisinə qarşı sanksiyalar tətbiq etdiyi bəyanatında deyilir: ” Rusiya kəşfiyyat xidmətlərinə Ukrayna hökumətini ələ keçirməyə hazırlaşmaq və işğalçı Rusiya qüvvələri ilə Ukraynanın kritik infrastrukturuna nəzarət etmək üçün hazırkı və keçmiş Ukrayna hökumət rəsmilərini işə götürməyə göstəriş verib.”

Xəzinədarlıq bildirib ki, ikisi hazırkı Ukrayna parlamentinin üzvü olan dörd nəfər Rusiya kəşfiyyat xidmətinin göstərişi ilə fəaliyyət göstərib və Rusiyanın suveren ölkələrdə sabitliyi pozmaq üçün Kremlin siyasi məqsədlərinə dəstək olaraq qlobal təsir kampaniyasında “müxtəlif rollar” oynayıb.

Xəzinədarlığın bildirdiyinə görə, Rusiya məxfi məlumatlara çıxış əldə etmək, Ukraynanın suverenliyini təhdid etmək və daha sonra Rus işğalı olarsa iğtişaşları qızışdırmaq üçün bu məmurlardan istifadə etmək məqsədilə yüksək vəzifələrə ukraynalı məmurları cəlb edir.

Departament bildirib ki, cümə axşamı atılan addım, Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ABŞ-ın hazırladığı geniş çeşidli, təsirli tədbirlərdən ayrı və fərqlidir.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada sanksiyaların Rusiyanın dezinformasiya kampaniyalarını hədəfə almaq üçün atılan digər addımlara uyğun olduğunu söylədi.

“Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı sabitliyi pozmaq cəhdlərini müəyyən etmək, ifşa etmək və azaltmaq üçün Ukrayna hökuməti ilə birgə bu kimi hərəkətlər də daxil olmaqla, addımlar atmağa davam edəcək” deyə o əlavə edib.

Bayden administrasiyası xəbərdarlıq edib ki, Rusiya istənilən anda Ukraynanı işğal edə bilər, lakin eyni zamanda Moskvanı gərginliyi azaltmğa razı salmaq üçün diplomatik səylər göstərir, Blinken isə cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla ortaq fikir əldə etmək imkanının olub-olmadığını görmək üçün görüşəcək.

Tərcümə etdi: Aytac İsrayılova

Translate »