ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.
Turaz.org xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Sallivanın sözlərinə görə, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz.
“Konkret qurumlar və konkret həll yolları ilə bağlı biz müttəfiqlərimizlə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istərdik”, – Cozef Baydenin müşaviri bildirib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ocaqlı kəndinin elektrik problemi niyə həll edilmir?
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib