ABŞ Rusiyanın Dövlət Duması, onun 328 deputatı və “Sberbank”ın rəhbəri German Qrefə qarşı sanksiyalar tətbiq edib.
“Turaz.org” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Maliyyə Nazirliyi hesab edir ki, deputatlar qondarma Donetsk və Luqanskın müstəqilliyini tanımaqla Ukraynanın suverenliyini, ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri dəstəkləyiblər.
O cümlədən, “Sovcombank”ın idarə heyətinin 17 üzvünə və Rusiya hərbi-sənaye kompleksinin 48 şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb