ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Tərtərin Səhlabad və Əskipara kəndlərində olub.
Turaz.org xəbər verir ki, bu barədə məlumatı səfirlik yayıb.
“Səfir Litzenberger Əhali, Qaçqınlar və Miqrasiya Bürosu proqramı çərçivəsində kəndlərdə ABŞ tərəfindən maliyyələşdirilən BMT proqramları ilə tanış olmaq üçün Səhlabad və Əskipara kəndlərinə səfər edib. ABŞ 3,9 milyon dollardan çox maliyyə vəsaiti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin proqramlarının ən böyük maliyyə dəstəkçisidir”, – məlumatda bildirilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək