Oktyabr 3, 2022

ABŞ Səfirliyinin Konsulluq Bölməsi pulsuz onlayn qeyri-immiqrasiya viza təyinat yerləri açır

Oktyabrdan dekabr ayına qədər müsahibə üçün 500-dən çox namizəd qeydiyyatdan keçəcək.

Turaz.org xəbər verir ki, “Konsulluq Şöbəsi pulsuz onlayn qeyri-immiqrasiya viza görüşünün sifarişinin hazırkı çətinliyini qəbul edir və buna cavab olaraq, 15 sentyabr Cümə axşamı, yerli vaxtla saat 16:00-da 500-dən çox viza təyinat yeri açacaq.”

Səfirliyin məlumatına görə, oktyabrdan dekabr ayına kimi yalnız Özbəkistan vətəndaşları və rezidentləri üçün görüşlər mümkündür. “Biz görüşlərin tez keçəcəyini gözləyirik və bütün səyahətçiləri bu tədbirdən yararlanmağa hazır olmağa çağırırıq!” əlavə edib.

ABŞ Səfirliyi xatırladıb ki, onlayn görüş təyin etməzdən əvvəl unikal Barkod Nömrəsini almaq üçün DS-160 onlayn ərizəsini doldurmalı və təqdim etməlidir.

Səfirlik əlavə edib ki, “Siz görüş təyin etməyə hazır olduğunuz zaman şəxsi məlumatlarınızı viza müraciətinizdə yazıldığı kimi daxil etməlisiniz”.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/mirziyoyev-absin-ozbekistandaki-selahiyyet-muddeti-basa-vuran-sefirini-qebul-edib
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »