Oktyabr 2, 2022

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

 

Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq.

Turaz.org xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin ayrılacağını elan edəcək. Bu paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha çox HIMARS sistemləri, həmçinin reaktiv yaylım atəş sistemi və artilleriya mərmiləri üçün əlavə sursatlar daxil olacaq”.

Müxbir: Əzizə Əlizadə

Translate »