Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal Vaşinqtona işgüzar səfər edib.
Turaz.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində S.Önal amerikalı həmkarı Vendi Şerman ilə görüşüb.
Daha sonra heyətlərarası Türkiyə-ABŞ Strateji Mexanizmləri üzrə məsləhətləşmələr keçirilib.
İclas zamanı, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsi üçün Türkiyənin vasitəçilik missiyasından, Yaxın Şərq və Afrikada mümkün əməkdaşlıq imkanlarından bəhs olunub.
Həmçinin, Cənubi Qafqazda sülhün təşviq edilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, region üçün xüsusi əhəmiyyət kəsb edən Cənubi Qafqazda daimi sülhün bərqərar olunması üçün beynəlxalq hüquqa və ədalətlilik prinsipinə söykənən siyasət yürüdülməsinin vacib olduğunu vurğulayıblar.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”