Sentyabr 30, 2022

ABŞ və Yunanıstan Kritin cənubunda ortaq hərbi təlim keçirir.

ABŞ və Yunanıstan Kritin cənubunda ortaq hərbi təlim keçirir.

ABŞ və Yunanıstanın dünən Krit adasının cənubunda yerləşən dəniz bölgəsində birgə hərbi təlim keçirdiyi bildirildi.

ABŞ və Yunanıstanın dünən Krit adasının cənubunda yerləşən dəniz bölgəsində birgə hərbi təlim keçirdiyi bildirildi.
Yunanıstan Baş Qərargahı iki ölkə arasında davamlı hərbi əməkdaşlıq çərçivəsində donanma və hava qüvvələrinin iştirakı ilə ortaq bir təlim keçirildiyini açıqladı.
Yunanıstan və ABŞ-ın güclü əlaqələrini vurğulayan bəyanatda, dünən Krit adasında reallaşdırılan manevrin “həm ikitərəfli, həm də NATO ittifaqları çərçivəsində əməliyyat hazırlığı, döyüş qabiliyyəti və əməkdaşlığın səviyyəsinin yüksəldilməsinin sübutu” olduğu bildirilib.
Yunanıstan Kritin cənubundakı dəniz bölgəsində, “Egeon” freqatı, 214 tipli sualtı qayıq və altı F-16 təyyarəsi ilə keçirilən məşqdə iştirak edərkən, USS Winston S. Churchill hərbi gəmisi və vertolyotlarının iştirak etdiyi bildirildi.

Mənbə : aa.com.tr
Müxbir : TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə

Həmçinin bax: https://kafkazh.com/her-boyuk-felsefenin-meydan-oxumasi/.

Translate »