Oktyabr 4, 2022

“ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin reallaşdırılmasında bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə, həm də seçilən marşruta aiddir.
Bu dəfə “ADY Express” “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulu Qazaxıstana nəql edib. Əvvəlki daşımalardan fərqli olaraq, marşrut Xəzər dənizi vasitəsilə yox, Rusiya ərazisindən keçib. Belə ki, “ADY Express” şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsilə Rusiyadan keçməklə Qazaxıstanın Almatı və Kokşetau şəhərlərinə çatdırılıb. Yeni marşrutun əsas üstünlükləri, sürət və nəqliyyat növünün dəyişməməsi olub.
Test rejimində nəql olunan yüklərin ilk partiyası artıq təyinat nöqtəsinə çatdırılıb. Uğurla keçən nəqliyyat prosesi layihənin davamlı olacağına əminlik yaradıb.

Mənbə: azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax:http://cnn.turk.com

https://tehsilim.org/qafqaz-universiteti-legv-olundu/

Translate »