Dekabr 8, 2021

Aeroflot ilk uçuşunu Namanqana həyata keçirib

“Aeroflot” Sankt-Peterburqdan Namanqana ilk uçuşunu həyata keçirib.

Turaz.org xəbər verir ki, Özbəkistan Hava Limanından verilən məlumata əsasən, aviaşirkətin ilk təyyarəsi noyabrın 2-də Namanqan hava limanına çatıb.

Aeroflotun Sankt-Peterburqdan Namanqana uçuşları həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri çarter əsasında həyata keçiriləcək. Həmçinin gələcəkdə müntəzəm cədvələ keçid planlaşdırılır.

İndiyədək Rusiya şəhərlərindən yalnız S7, Ural Hava Yolları, Red Wings və Smartavia şirkətlərinin təyyarələri Namanqana uçub.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/noyabrin-4-6-da-qazaxistanda-temperaturun-20-derece-selsi-olacagi-proqnozlasdirilir/

Translate »