AFFA FIFA-ya müraciət
AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.
FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.
Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova
Həmçinin bax:https://turaz.org/giresundaki-selde-4-nefer-heyatini-itirdi/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ