May 18, 2022

Ağ Ev Putin və Bayden arasında görüş ehtimalını qiymətləndirib

ABŞ və Rusiya prezidentləri arasında əvvəllər müzakirə edilən görüş artıq planlarda yoxdur.

Turaz.org xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Lakin bununla yanaşı qeyd edilir ki, ABŞ administrasiyası diplomatiyaya qapı bağlamır.

“Bu görüş indiki mərhələdə əlbəttə ki, planlara daxil deyil”, – Ağ Evin mətbuat katibi Cen Psaki sammitin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Müxbir: Əzizə Əlizadə

Translate »