İyul 1, 2022

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə start verilib.

Turaz.org-un xəbərinə görə, söhbət 2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşasından gedir.

Yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçirilir.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 m, ayırıcı zolağın eni 2 m olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı inşa olunacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »