Ağdamda ata və üç oğlu minaya düşüb.
Turaz.org-un məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Minaya düşənlər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğludur. Yaralılardan biri isə Laçın rayon sakini Abdulov Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb. Onuda qeyd edək ki, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlu dünyasını dəyişib.Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”