Noyabr 27, 2021

Ağdamda Resurs Mərkəzi açılıb

Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə həyata keçirilən “Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində Resurs Mərkəzinin açılışı olub.

Turaz.org xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido d’Ambrosio, Ağdam Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi məcburi köçkün icmasının işğaldan azad olunmuş torpaqlara qayıdışına hazırlıq çərçivəsində dəstək göstərməkdir.

Müxbir: Əzizə Əlizadə

Translate »