Dekabr 5, 2021

Ağdamdakı elektrik yarımstansiyalarından biri işə salınıb, digəri isə bu həftə işə düşəcək

Ötən həftə “Ağdam-1” elektrik yarımstansıyasına gərginlik verilib və obyekt test rejimində istismar edilib.

Turaz.org xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərlə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında keçirilən növbəti iclasında məlumat verilib.

Məlumata görə, bu həftə isə “Ağdam-2” elektrik yarımstansiyasına gərginlik veriləcək.

İclasda həmçinin Laçın şəhərində 2 yarımstansiyanın işlək vəziyyətdə olduğu, gələcəkdə yeni yarımstansiyanın tikintisinin nəzərdə tutulduğu bildirilib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »