Dekabr 5, 2021

“Ağdamı kitabla çiçəkləndirək” adlı təşəbbüs həyata keçirilib

“Education HUB”-ın “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirilən “Ağdamı kitabla çiçəkləndirək” təşəbbüsü müddətində Bakıdakı kitabsevərlər sayəsində 200-dən çox kitab toplanılmışdır. Toplanılmış kitablar “Gənclər İnkişaf və Karyera Mərkəz” MMC-inin Ağdam nümayəndəliyinə yerləşdirmişdir.

Turaz.org xəbər verir ki, 13 noyabr, 2021-ci il tarixində isə təşəbbüsün son hissəsi baş tutmuşdur.

Gənclər İnkişaf və Karyera Mərkəzinin Ağdam nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutan görüş zamanı gənc yazar Vüqar Babazadə öz fikirlərini bölüşmüş və gənclərə tövsiyələr vermişdir. Görüşün sonunda təşkil olunan interaktiv oyun zamanı qalib olan xanım, yazıçının imzalı kitabını qazanmışdır.

FOTO:

Translate »