May 23, 2022

Aİ Rusiya gəmilərinin üzv ölkələrin limanlarına girişini qadağan etmək istəyir

 

Avropa İttifaqı (Aİ) Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını nəzərdən keçirə bilər.

Turaz.org xəbər verir ki, bu barədə yüksək rütbəli avropalı məmur bildirib.

“İnterfaks-Ukraina”nın məlumatına görə, bununla bağlı müzakirə bazar günü Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq.

“Bu (Aİ-yə üzv ölkələrin limanlarına giriş qadağası) növbəti addım kimi qiymətləndirilir. Baxacağıq. Düşünürəm ki, bu, bugünkü müzakirənin bir hissəsi olacaq”, – məmur rəsmi görüşdən əvvəl deyib.

Müxbir: Əzizə Əlizadə

Translate »