Dekabr 9, 2022

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmanın qarşısını almaq üçün xüsusi nümayəndə təyin edə bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalardan yayınmanın qarşısını almaq üçün xüsusi nümayəndə təyin edə bilər.

Turaz.org TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Bizim sanksiyalar üzrə xüsusi nümayəndə təyin etmək fikrimiz var, çünki təcrübəmizə əsaslanaraq bunun çox faydalı olduğunu söyləyə bilərəm”, – o bildirib.

Onun sözlərinə görə, Aİ Brüsselin mövqeyini aydınlaşdırmaq və Rusiyaya qarşı sanksiyalardan yayınmaq məsələsində səbirli olmayacağını göstərmək üçün bu nümayəndəni, məsələn, üçüncü ölkələrə (Aİ üzvü olmayan) göndərəcək.

Translate »