“Rusiya Krımdakı hücumu bəhanə edərək müharibəni genişləndirməyə çalışmamalıdır”.
Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Şurasının Brüsseldə keçirilən iclasında deyib.
O bildirib ki, ukraynalılar öz torpaqlarını müdafiə edirlər: “Onlar ancaq öz torpaqlarında döyüşürlər. Ukraynalılar Rusiya torpağına hücum etmirlər. Bunu Prezident Volodimir Zelenski də deyib”.
J.Borrel deyib ki, o, müharibənin genişlənməsindən narahatdır: “Buna yol vermək olmaz. Aİ-nin Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyini davam etdirməsi ən vacib məsələdir. Müharibə üçün ən yaxşı həll və yeganə çıxış yolu Rusiyanın hücumları dayandırması və qoşunlarını Ukraynadan çıxarmasıdır”.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib