Dekabr 9, 2022

Aİ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Səmərqənddə iclasda iştirak edib 

17 noyabr 2022-ci il tarixində Səmərqənddə Aİ-Mərkəzi Asiya xarici işlər nazirlərinin görüşü keçirilib.

 

Turaz.org bildirir ki, tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cosef Borrel, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, Tacikistanın xarici işlər naziri Sirocəddin Muhriddin, Özbəkistanın xarici işlər naziri Vladimir Norov, nazir müavini Qırğızıstanın xarici işlər naziri Aybək Moldoqaziyev və Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev iştirak ediblər.

 

Xarici siyasət qurumlarının rəhbərləri görüşdə iki region arasında siyasi-diplomatik, ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Özbəkistan tərəfi Avropa İttifaqı ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsində maraqlıdır və Avropa İttifaqının 2019-cu ildə qəbul edilmiş Mərkəzi Asiya üzrə strategiyasını tam dəstəkləyir. Bu strategiyanın həyata keçirilməsinin sürətləndirilməsi üçün birgə “yol xəritəsi”nin qəbul edilməsinin vacibliyi səsləndirilib. Vladimir Norov vurğulayıb ki, müasir Əfqanıstan təhlükə mənbəyi deyil, daha çox yeni imkanlar mənbəyidir. O, bunun təcrid və diqqətdən kənarda qalmasına yol verməməyin vacibliyini qeyd edib və bu ölkədəki ağır humanitar vəziyyətin həlli üçün tədbirlər görməyə çağırıb. Eyni zamanda, nazir əlavə edib ki, Özbəkistan dünya ictimaiyyətinin Taliban tərəfindən yerinə yetirilməli olan tələblərini dəstəkləyir. Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, qlobal sabitlik şəraitində Mərkəzi Asiya ölkələri Avropa şirkətləri üçün yeni artım nöqtələrinə çevrilə biləcək əlverişli və perspektivli bazar ola bilər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay xankişiyeva

Həmçinin bax: https://turaz.org/qirgizistanda-zelzele-qeyde-alinib-2/

Translate »