Noyabr 28, 2022

Aİ və NATO ilin sonuna qədər yeni yol xəritəsini qəbul edəcək

 

Avropa İttifaqı (Aİ) və NATO 2022-ci ilin sonuna qədər strateji əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək yeni yol xəritəsini qəbul etməyi planlaşdırır.

Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ABŞ-ın Avropa Siyasətinin Təhlili Mərkəzinin təşkil etdiyi forumda deyib.

“Bizim strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Birlikdə 2022-ci ilin sonuna kimi qəbul edilməsi planlaşdırılan yeni yol xəritəsini hazırlayırıq”, – Sannino bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »